- Transfer
- 21:57 14.03.2025
"Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Çelsi"nin hücumçusu Temmi Abrahamı transfer edib.
24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Canavarlar" ingiltərəli forvard üçün qarşı tərəfə 40 milyon avro ödəyib. Məbləğ müxtəlif bonuslar səbəbindən arta bilər. "Zadəganlar" Abrahamın gələcək satışından da pay alacaq.
Qeyd edək ki, Temmi Abraham 2016-cı ildən "Çelsi"də çıxış edir.