- Transfer
- 21:57 14.03.2025
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək.
Corner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqa təmsilçisi “Uotford” razılığa gəlib. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. Məlumatda, Ozanla anlaşan “Uotford”un onu icarə əsasında heyətinə qatmaq üçün İstanbul təmsilçisi ilə danışıqlar apardığı vurğulanıb.
“Fənərbaxça” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan futbolçunun “transfermarkt”da dəyəri 11 milyon avrodur.
Ozan Türkiyə yığması ilə 63 oyunda 9 qol vurub.