17 dekabr 2025. Çərşənbə

Beşiktaş Çelsi'nin hücumçusunu transfer etdi


  • Transfer
  • 23:15 17.08.2021
  • Oxunma sayı: 189
Beşiktaş Çelsi'nin hücumçusunu transfer etdi
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Corner.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Çelsi” klubunun hücumçusu Mişi Batşuayini heyətinə cəlb edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu London klubundan 1 illik icarəyə götürülüb.
 
Belçika yığmasının üzvü  2016-cı ildən “Çelsi”də çıxış edir. "Zadəganlar" onu daha öncə “Borussiya” (Dortmund), “Valensiya” və “Kristal Pelas” klublarına da icarəyə vermişdi. 






Transfer