8 may 2026. Cümə

Braziliyalı hücumçu rəsmən Yuventus'da


  • Transfer
  • 10:19 18.08.2021
  • Oxunma sayı: 202
Braziliyalı hücumçu rəsmən Yuventus'da

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Turin təmsilçisi Braziliyanın “Santos” klubunun 19 yaşlı hücumçusu Kayo Jorjeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı forvardla 5 illik müqavilə imzalanıb. Kayo yeni komandasında “21” nömrəli formanı geyinəcək.

Jorjenin “Santos”la müqaviləsi 6 ay sonra başa çatacaqdı.

Kayo Jorje “Santos”un öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.







Transfer