17 dekabr 2025. Çərşənbə

Kristiano Ronaldo'dan transfer açıqlaması


  • Transfer
  • 10:39 18.08.2021
  • Oxunma sayı: 279
Kristiano Ronaldo'dan transfer açıqlaması

 "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo "Real Madrid"ə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az-ın məlumatına görə, 36 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında bunları yazıb.

 Özünü tanıyan hər kəsin sadəcə işinə diqqət yetirdiyini, "az söz, çox iş" fəlsəfəsi ilə karyerasını davam etdirən Ronaldo "İddialarda iştirak edən bütün klublara, oyunçulara və fərdlərə, futbolçu və insan kimi hörmət edilməkdənsə, gələcəyim haqqında alçaq bir şəkildə xəbər yazmaq hörmətsizlikdir.".

Portuqaliyalı forvard Madrid təmsilçisində müxtəlif uğurlar qazandığını xatırladıb: "Real Madriddə tarix yazdım. Sözlərlə, rəqəmlərlə, kuboklarla, rekordlar yazdım. Bernabeu Stadionunun muzeyində və klub azarkeşlərinin ağlındadır. 9 il ərzində qazandıqlarımın ötəsində azarkeşlərdən aldığım və həmişə yaşayacağım dərin sevgi və hörmətə əsaslanan dərin bir əlaqəm var. Həqiqi Real Madrid azarkeşlərinin qəlbində həmişə bir yerim olacağını və onların da mənim ürəyimdə olacağını bilirəm.".

Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ildə "Real Madrid"dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.







Transfer