8 avqust 2026. Şənbə

Barselona Obameyanqı alır, Koutinyonu verir


  • Transfer
  • 10:58 18.08.2021
  • Oxunma sayı: 157
Barselona Obameyanqı alır, Koutinyonu verir

“Barselona” klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.

Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Arsenal”dan Pyer-Emerik Obameyanqı transfer etmək istəyir. Bu barədə “Sky Sports” telekanalının əməkdaşı Kaveh Solhekol deyib.

“Barselona”  32 yaşlı qabonlu hücumçunun qarşılığında Filippe Koutinyonu “Arsenal”a təklif edəcək. Kataloniya klubunun təmsilçiləri yaxın zamanda Obameyanqın və London klubunun nümayəndələri ilə görüşlərə başlayacağı bildirilib

Obameyanqın “Arsenal”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.







Transfer