4 may 2026. Bazar ertəsi

Xorvatiyalı futbolçu Sabah'a keçidindən danışıb


  • Transfer
  • 12:53 18.08.2021
  • Oxunma sayı: 159
Xorvatiyalı futbolçu Sabah'a keçidindən danışıb

"Sabah" ailəsinin üzvü olduğuma görə şadam. Bu cür yaxşı təşkilatlanmış klubun üzvü olmaq çox xoşdur".

Corner.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın yeni transferi Şpiro Periçiç klubun rəsmi saytına açıqlamasında deyib.

Xorvatiyalı müdafiəçi, komandada hamı onu çox isti qarşıladığını bildirib: "Komandada hamı məni çox isti qarşılaşdı. Buna görə hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu mövsümdə çempionatda yüksək yerlər uğrunda mübarizə aparacağıq. Çünki bizim yaxşı komandamız var”".

Qeyd edək ki, Şpiro Periçiçlə 1 illik müqavilə bağlanıb.







Transfer