3 iyul 2026. Cümə

Polşa klubu onun üçün Neftçi'yə 70 000 avro ödəyəcək


  • Transfer
  • 16:08 18.08.2021
  • Oxunma sayı: 176
Polşa klubu onun üçün Neftçi'yə 70 000 avro ödəyəcək

"Neftçi" ötən mövsümün sonunda komandadan ayrılan futbolçusu Anton Krivotsyuka görə yetişdirmə haqqı alacaq.

Corner.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev klubun rəsmi telekanalına müsahibəsində deyib.

43 yaşlı funksionerin sözlərinə görə, artıq bununla bağlı 23 yaşlı müdafiəçinin transfer olunduğu Polşanın "Visla" (Plotsk) klubu ilə müqavilə imzalanıb: "FIFA qaydalarına görə, "Neftçi"yə yetişdirmə pulu ödənilməlidir. Anton bizə desəydi ki, həmin məbləği almayın, qarşımda hər hansı sədd olmasın, biz razılaşacaqdıq. Amma o, klubundan tələb etdi ki, mənə görə "Neftçi"yə yetişdirmə haqqı ödəyin. Artıq müqavilə bağlanılıb, bizə 70 000 avro ödəniləcək".

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sı ilə 3+1 illik müqavilə bağlayıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır