4 may 2026. Bazar ertəsi

Qalatasaray'dan ayrıldı, sabiq klubuna qayıtdı


  • Transfer
  • 16:29 18.08.2021
  • Oxunma sayı: 162
Qalatasaray'dan ayrıldı, sabiq klubuna qayıtdı

Türkiyənin “Qalatasaray” klubu sağ cinah müdafiəçisi Martin Linneslə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 29 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Linnes bundan sonrakı karyerasını ölkəsinin “Molde” komandasında davam etdirəcək.

Norveç millisinin üzvü 2016-cı ildə məhz “Molde”dən “Qalatasaray”a transfer olunmuşdu. O, bu komandanın heyətində bütövlükdə 146 matça çıxıb, 5 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. O, iki dəfə Türkiyə çempionu, 2 dəfə Türkiyə kubokunun və superkubokunun qalibi olub.








Transfer