Seneqal yığmasının sabiq hücumçusu Demba Ba İsveçrənin “Luqano” klubundan ayrılıb.
Corner.az xəbər verir ki, cəmi iki ay öncə İsveçrə təmsilçisi ilə 1 illik müqavilə bağlayan 36 yaşlı futbolçu, gözlənilməz qərar qəbul edib.
Cari mövsümdə cəmi 3 rəsmi matça çıxan Demba Ba, klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Demba Ba son olaraq Türkiyənin “Başakşəhər” klubunda çıxış edirdi. Seneqal millisinin sabiq forvardı “Şanxay Şenxua” (Çin), “Göztəpə”, “Beşiktaş” (hər ikisi Türkiyə), “Çelsi”, “Nyukasl”, “Vest Hem” (hər üçü İngiltərə), “Hoffenhaym” (Almaniya), “Muskron” (Belçika) və “Ruan” (Fransa) klublarının da uğurları üçün çalışıb.