3 iyul 2026. Cümə

Türkiyəli qapıçı rəsmən Fransa klubunda


  • Transfer
  • 11:22 19.08.2021
  • Oxunma sayı: 226
Türkiyəli qapıçı rəsmən Fransa klubunda
Türkiyənin “Kayserispor” klubunun qapıçısı Doğan Alemdar karyerasını Fransada davam etdirəcək.

Corner.az xəbər verir ki, “Renn” klubu 18 yaşlı qapıçı ilə razılaşıb.
 
Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda, Türkiyənin U-21 yığmasının üzvünün transferi üçün “Renn”lə razılıq əldə edildiyi bildirilib.
 
Liqa 1 klubu Alemdar üçün “Kayserispor”a 3,5 milyon avro ödəyəcək. Türk futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
 
O, Fransada tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır