3 iyul 2026. Cümə

Yunanıstan yığmasının üzvü Trabzonspor'da


  • Transfer
  • 15:39 19.08.2021
  • Oxunma sayı: 177
Yunanıstan yığmasının üzvü Trabzonspor'da
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Alanyaspor”dan yunanlı futbolçu Manolis Siopisi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.  Trabzon təmsilçisi bu transfer üçün qarşı tərəfə  1 milyon avro ödəyəcək. Yunanıstan millisinin üzvü isə yeni klubunda illik 700 min avro qazanacaq.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır