17 dekabr 2025. Çərşənbə

Müqaviləni uzatdı, icarəyə göndərdi


  • Transfer
  • 10:42 20.08.2021
  • Oxunma sayı: 201
Müqaviləni uzatdı, icarəyə göndərdi

İngiltərənin “Çelsi” klubu futbolçusu Kenedinin müqaviləsini yeniləyib.

Corner.az xəbər verir ki, braziliyalı cinah oyunçusu ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Çelsi” Kenedini Braziliyanın “Flamenqo” klubuna icarəyə verib. 25 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümünü bu klubun uğurları üçün keçirəcək.

Kenedi 2015-ci ildən “Çelsi”dədir. O, müxtəlif vaxtlarda İngiltərədə “Nyukasl”, “Uotford”, İspaniyada “Xetafe” və “Qranada”da icarədə olub.







Transfer