17 dekabr 2025. Çərşənbə

Fənərbaxça'nın sabiq futbolçusu Cibuti klubunda


  • Transfer
  • 21:05 20.08.2021
  • Oxunma sayı: 203
Fənərbaxça'nın sabiq futbolçusu Cibuti klubunda

 “Fənərbaxça”nın sabiq futbolçusu Karlos Kameni karyerasını Afrikada davam etdirəcək.

 Corner.az xəbər verir ki, 37 yaşlı qapıçı Cibuti təmsilçisi “Arta Solar” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kameni ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.

Aleks Sonq, Diafra Sako, Dani Nunkeu kimi futbolçular “Arta Solar”ın uğurları üçün çalışır.

Kameni karyerası ərzində Fransada “Havr”, “Sent-Etyen”, İspaniyada “Espanyol”, “Malaqa”, Türkiyədə “Fənərbaxça” kimi klublarda çıxış edib. Qapıçı Kamerun yığmasında 74 oyuna çıxıb.







Transfer