17 mart 2025. Bazar ertəsi

Arsenal millinin qapıçısı ilə gücləndi


  • Transfer
  • 23:46 20.08.2021
  • Oxunma sayı: 155
Arsenal millinin qapıçısı ilə gücləndi

İngiltərənin "Arsenal" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubu "Şeffild Yunayted"in qolkiiperi Aaron Ramsdeyli transfer edib.

"Topçular" 23 yaşlı qolkiperlə  4+1 müqavilə imzalayıb. "Arsenal" bu transfer üçün qarşı tərəfə bonuslarla birlikdə 30 milyon sterlinq ödəyəcək.

Qeyd edək ki, ingiltərəli qapıçı daha əvvəl ölkəsində "Bornmut", "Çesterfild" və "Uimbldon" klublarının da formasını geyinib.







Transfer

İsak “Barselona”lı olacaq
  • Transfer
  • 18:26 16.03.2025
İsak “Barselona”lı olacaq