8 avqust 2026. Şənbə

Beşiktaş amerikalı futbolçusunu yenə icarəyə verdi


  • Transfer
  • 00:29 21.08.2021
  • Oxunma sayı: 204
Beşiktaş amerikalı futbolçusunu yenə icarəyə verdi
Türkiyənin “Beşiktaş” klubu yarımmüdafiəçisi Tayler Boydu yenidən icarəyə göndərib.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı futbolçu bu mövsümün sonuna kimi Super Liqanın digər təmsilçisi “Rizəspor”da forma geyinəcək. Amerika millisinin üzvü artıq yeni klubu ilə müqavilə bağlayıb və komanda ilə məşqlərə başlayıb.
 
Qeyd edək ki, Tayler Boyd 2019-cu ildən “Beşiktaş”dadır. “Qara qartallar”la 2023-cü ilin yayına qədər müqaviləsi olan yarımmüdafiəçi, ötən mövsümün ikinci dövrəsini “Sivasspor”da icarə əsasında keçirmişdi.






Transfer