4 may 2026. Bazar ertəsi

Sevilya'da yeni hücumçu


  • Transfer
  • 14:04 21.08.2021
  • Oxunma sayı: 154
Sevilya'da yeni hücumçu

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, La Liqa təmsilçisi “Vulverhempton”dan Rafa Miri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

Rafa ötən mövsümü icarə əsasında “Hueska”da keçirib. İspaniyalı futbolçu bu komanda ilə ümumilikdə 57 matça çıxıb, 25 qol vurub.







Transfer