17 dekabr 2025. Çərşənbə

Mançester Yunayted'dən Braziliya klubuna


  • Transfer
  • 16:37 21.08.2021
  • Oxunma sayı: 158
Mançester Yunayted'dən Braziliya klubuna

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Andreas Pereyranı icarəyə verib.

Corner.az xəbər verir ki, “Flamenqo” klubu 25 yaşlı yarımmüdafiəçi heyətinə qatıb. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pereyra 2021/2022 mövsümünü “Flamenqo”nun uğurları üçün çalışacaq.

2012-ci ildən “Mançester Yunayted”də çıxış edən braziliyalı futbolçu ötən mövsümü icarə əsasında İtaliyanın “Latsio” klubunda keçirib.







Transfer