- Transfer
- 23:58 02.05.2026
Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Liqa 1-in son qalibi İspaniyanın “Atletiko” (Madrid) klubunun qapıçısı İvo Qrbiçi heyətinə qatıb.
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı qapıçı 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. Xorvatiyalı qolkiper, yeni komandasında 1 nömrəli formada çıxış edəcək.
Qrbiç “Atletiko”ya ötən yay Xorvatiyanın “Lokomotiva” (Zaqreb) klubundan transfer edilib. O, bu komandada cəmi 1 rəsmi matç keçirib.