4 oktyabr 2026. Bazar günü

Premyer Liqa klubunda yeni müqavilə


  • Transfer
  • 12:25 22.08.2021
  • Oxunma sayı: 140
Premyer Liqa klubunda yeni müqavilə
İngiltərənin “Lester Siti” klubu yarımmüdafiəçisi Harvi Barnsla müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Qeyd edək ki, Barns “Lester Siti”nin öz yetirməsidir. İngilis yarımmüdafiəçi, “Milton Kins Dons”, “Barnsli” və “Vest Bromviç” kimi klublarda icarədə çıxış edib.






Transfer