İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Florensiya təmsilçisi Almaniyanın “Şalke” klubundan Matiya Nastasiçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə müqavilənin müddəti və digər detalları barədə açıqlama verilməyib.
Serbiya millisinin üzvü 2015-ci ildən “Şalke”nin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində keçirdiyi 6 mövsüm ərzində 157 matça çıxıb, 2 qol vurub. Nastasiç 2011-2012-ci illərdə də “Fiorentina”da çıxış edib.