- Transfer
- 23:59 29.10.2024
“İnter”in icraçı direktoru Beppe Marotta klubun transfer gündəmi ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, Marotta, argentinalı hücumçu Lautaro Martinesin klubda qalmaq istədiyini və Lukakunun isə komandadan ayrılmağı seçdiyini deyib:
“Lautaroya böyük təkliflər gəlsə də, burda qalmağı seçdi. Yüksək rəqəmli təkliflər də gəldi, ancaq Lautaro burda xoşbəxt olduğunu bildirdi. Martines burada daha çox titul qazanmaq istəyir.
Bir hücumçu daha istəyirik. Hazırda bir çox hücumçu ilə maraqlanır, təkliflərimizi edirik. İqtisadi baxımdan limitlərimiz var. Bu üzdən də, əlimizdə olan məhdud imkanlarla ən yaxşı transferi etmək istəyirik.
Romelu Lukaku isə getmək istədi. Ayrılmaq istəyən bir futbolçunu komandada saxlaya bilmərik. Bizim üçün çətin qərar olsa da, bu qərarı verərkən klubun maliyyə vəziyyətini də düşündük”.