4 oktyabr 2026. Bazar günü

Bayer'i Portu'ya dəyişdi


  • Transfer
  • 10:26 24.08.2021
  • Oxunma sayı: 173
Bayer'i Portu'ya dəyişdi

“Portu” heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Portuqaliya təmsilçisi Almaniyanın “Bayer”indən müdafiəçi Vendelli transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Portu” bu transfer üçün 4 milyon avro ödəyib.

Braziliyanın U-23 yığmasında da oynamış Vendell, 2014-cü ildən “Bayer”in uğurları üçün çalışırdı. Sol cinah müdafiəçisi bu komandanın heyətində 239 matça çıxıb, 8 qola imza atıb.







Transfer