3 iyul 2026. Cümə

Çelsi'dən İtaliya klubuna


  • Transfer
  • 00:06 25.08.2021
  • Oxunma sayı: 171
Çelsi'dən İtaliya klubuna
İngiltərənin “Çelsi” klubu müdafiəçisi Davide Zappakosta ilə yollarını ayrırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İtaliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı sağ cinah oyunçusu "Atalanta"ya transfer olunub. O, yeni komandasında 77 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Davide Zappakosta 2017-ci ildən “Çelsi”də idi. O, 2011-2012 və 2014-2015-ci illərdə də “Atalanta”nın sıralarında olub. İtaliya yığmasının da üzvü olan təcrübəli müdafiəçi, ötən mövsümü icarə əsasında “Cenoa”da keçirib.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır