15 mart 2025. Şənbə

Herta'nın sabiq hücumçusu Neftçi ilə müqavilə imzalayacaq


  • Transfer
  • 11:58 25.08.2021
  • Oxunma sayı: 158
Herta'nın sabiq hücumçusu Neftçi ilə müqavilə imzalayacaq

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Corner.az xəbər verir ki, “flaqmanlar”ın rəhbərliyi son olaraq Hayfa “Makkabi”sində (İsrail) çıxış edən Nikita Rukavitsa ilə İsraildə görüşəcək. Bu barədə İsrailin “One” nəşri məlumat yayıb.

“Neftçi”nin avstraliyalı futbolçu ilə iki illik müqavilə imzalayacağı gözlənilir. 34 yaşlı hücumçu paytaxt klubunda illik 400 min avro qazanacaq.

 Nikita, karyerası ərzində bu ölkədə “Pert”, “Vestern Sidney”, Niderlandda “Tvente”, Almaniyada “Herta”, “Maynts”, İsraildə “Beytar” və “Makkabi” kimi klublarda çıxış edib. Hücumçu hazırda azad agentdir.

“Neftçi” avqustun 26-da Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi” ilə cavab oyununa çıxacaq. Nikita bu matçdan sonra “ağ-qaralar”la Bakıya gələ bilər.

“Neftçi” “Makkabi” ilə ilk matçda 3:3 hesablı heç-heçə edib.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici