17 dekabr 2025. Çərşənbə

Adil Rami özünə yeni klub tapdı


  • Transfer
  • 18:25 25.08.2021
  • Oxunma sayı: 160
Adil Rami özünə yeni klub tapdı

Fransa milli komandasının sabiq futbolçusu Adil Raminin yeni klubu məlum olub.

Corner.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Trua” klubuna keçib. Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, Rami ilə bir illik müqavilə imzalandığı vurğulanıb.

Raminin son klubu Portuqaliya “Boavişta”sı olub.

Daha əvvəl Fransada “Lill”, “Marsel”, İspaniyada “Valensiya”, “Sevilya”, İtaliyada “Milan”, Türkiyədə “Fənərbaxça”, Rusiyada “Soçi” kimi klublarda top qovan Rami, Fransa milli komandası ilə DÇ-2018-in qalibi olub.







Transfer