- Transfer
- 21:57 14.03.2025
Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Aleksander Sörlot karyerasını İspaniyada davam etdirəcək.
Corner.az xəbər verir ki, norveçli hücumçu “Real Sosyedad” klubuna keçəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Sörlot La Liqa klubu ilə müqavilə imzalamaq üçün İspaniyaya gedib.
“Leyptsiq” 25 yaşlı futbolçunu “Real Sosyedad”a satınalma hüququ ilə birlikdə bir illik icarəyə verib.
Sörlotun adı "Fənərbaxça" ilə də hallanırdı.