17 dekabr 2025. Çərşənbə

Fransa klubundan 4.5 milyon avroluq transfer


  • Transfer
  • 10:33 26.08.2021
  • Oxunma sayı: 139
Fransa klubundan 4.5 milyon avroluq transfer
Fransanın “Bordo” klubu heyətinə yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun yarımmüdafiəçisi Franserjio Barbosanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
 
“Bordo” braziliyalı futbolçuya görə Portuqaliya klubuna 4.5 milyon avro ödəyib. Lakin müqavilədə nəzərdə tutulmuş bonuslarla bu məbləğ 7.5 milyon avroya qədər arta biləcəyi vurğulanıb.
 
Franserjio Barbosa 2017-ci ildən “Braqa”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 149 oyunda 22 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.






Transfer