4 oktyabr 2026. Bazar günü

Borussiya'nı Sevilya'ya dəyişdi


  • Transfer
  • 16:28 26.08.2021
  • Oxunma sayı: 187
Borussiya'nı Sevilya'ya dəyişdi
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Əndəlüs təmsilçisi Dortmund “Borussiya”sından Tomas Dileynini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandığı vurğulanıb.
 
“Sevilya” Danimarka milli komandasının da üzvü olan Dileyni üçün 6 milyon avro ödəyib.






Transfer