- Transfer
- 01:49 08.05.2026
İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi argentinalı Xoakin Korreanı transfer edib.
27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xoakin Korrea son olaraq İtaliyada "Latsio"nun formasını geyinib.