- Transfer
- 21:34 16.12.2025
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az "Sky Sport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun agenti Jorje Mendeş "Mançester Siti" ilə razılıq əldə edib.
O, portuqaliyalı oyunçunun keçidini müzakirə etmək üçün Turinə yollanıb. "Şəhərlilər" Ronaldonu pulsuz transfer etməyi planlaşdırır. "Yuventus" isə öz növbəsində portuqaliyalı futbolçunun transferi üçün ən az 20 milyon avro təzminat və "Mançester Siti"nin hücumçuları Qabriel Xesus və Rahim Sterlenqdən birini istəyir.
Qeyd edək ki, Kriştiano Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.