“İnter” futbolçusu Andrea Pinamontini icarəyə verib.
Corner.az xəbər verir ki, 22 yaşlı hücumçu “Empoli” klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pinamonti 2021/22 mövsümünün sonuna qədər icarə əsasında “Empoli”də çıxış edəcək.
Pinamonti 2013-cü ildən “İnter”dədir. O, əsas komanda ilə 15 oyunda 1 qol vurub. Hücumçu əvvəllər “Cenoa” və “Frozinone” klublarının da uğurları üçün çalışıb.