Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun yeni komandası rəsmən müəyyənləşib.
Corner.az xəbər verir ki, 36 yaşlı forvard bundan sonrakı karyerasını sabiq klubu “Mançester Yunayted”də davam etdirəcək.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
İngiltərə mətbuatına görə, Mançester Yunayted Ronaldo üçün "Yuventus"a 24 milyon avro ödəyəcək. Kriştiano Ronaldo isə yeni klubunda həftəlik 480 min sterlinq qazanacaq. Bu da illik təqribən 30 milyon avro deməkdir.
Qeyd edək ki, Ronaldo 2018-ci ildən “Yuventus”da çıxış edirdi. O, 2003-2009-cu illər aralığında məhz “Mançester Yunayted”də çıxış edib. Təcrübəli hucumçu bu komandanın heyətində meydana çıxdığı 292 oyunda 118 qola imza atıb.