3 iyul 2026. Cümə

Millinin üzvü Türkiyədə klubunu dəyişdi


  • Transfer
  • 23:48 27.08.2021
  • Oxunma sayı: 184
Millinin üzvü Türkiyədə klubunu dəyişdi
Türkiyənin “Başakşəhər” klubu sol cinah müdafiəçisi Aziz Behiçlə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2019-cu ildən bu klubun uğurları üçün çalışan Avstraliya yığmasının üzvünə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
 
30 yaşlı müdafiəçinin yeni klubu artıq bəllidir. O, Super Liqanın digər təmsilçisi “Giresunspor”a transfer olunub. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Behiç Avstraliya yığmasında keçirdiyi 40 oyunda 2 qola da imza atıb. O, Türkiyədə “Buraspor”un da fromasını geyinib.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır