3 iyul 2026. Cümə

Super Liqanın bombardiri Qətər klubunda


  • Transfer
  • 00:33 28.08.2021
  • Oxunma sayı: 171
Super Liqanın bombardiri Qətər klubunda
Türkiyənin “Hatayspor” klubu hücumçusu Aaron Bupendza ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, 25 yaşlı forvardın Qətərin “Əl Ərəbi” klubuna transfer olunduğu vurğulanıb. Transferin digər detalları açıqlanmasa da, Hatay klubu qabonlu futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona yeni komandasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Bupendza, “Hatayspor”a 2020-ci ilin avqustunda transfer olunmuş və 2 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində ötən mövsüm 36 oyunda vurduğu 22 qolla Super Liqanın bombardiri olmuşdu.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır