- Transfer
- 23:59 29.10.2024
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, London klubu Fransanın “Mets” klubunun yarımmüdafiəçisi Pape Matar Sarrı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb. Gənc yarımmüdafiəçinin bu mövsümün sonuna qədər icarə əsasında “Mets”də çıxış edəcəyi vurğulanıb.
Seneqallı futbolçu ötən mövsüm Liqa 1-də 25 matçda meydana çıxıb və 4 qol vurub. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Sarr, Seneqal yığmasında da iki rəsmi matça çıxıb.
“Tottenhem” yarımmüdafiəçisi Mussa Sissokonu isə “Uotford”a satıb. 31 yaşlı oyunçu yeni klubu ilə 2 illik müqaviləyə imzalayıb.
Sissoko 2016-cı ildən “Tottenhem”də çıxış edirdi.