17 dekabr 2025. Çərşənbə

Millimizin sabiq hücumçusu Belarus klubunda


  • Transfer
  • 23:40 29.08.2021
  • Oxunma sayı: 151
Millimizin sabiq hücumçusu Belarus klubunda
 Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov özünə yeni klub tapıb.

Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını Belarusda davam etdirəcək.
 
Qurbanov, bu ölkənin “Slaviya” (Mozır) klubuna keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, tərəflər arasındakı müqavilənin müddəti və digər detalları barədə açıqlama verilməyib. Ruslan yeni klubuna azad agent kimi qoşulub.
 

Qurbanov geridə qalan mövsümü “Zirə”də keçirib. O, daha öncə “Keşlə”, “Səbail”, “Qəbələ”, “Sumqayıt” və “Neftçi”də də forma geyinib. Futbolun sirlərinə “Dinamo” (Stavropol) və “Rostov” klublarında yiyələnmiş Qurbanov, sonralar “Nika”, “Taqanroq” və “Hayduk” (Split) kimi komandalarda da çıxış edib. Azərbaycan millisində 26 matça çıxmış forvard, cəmi 1 qolla yadda qalıb.







Transfer