15 mart 2025. Şənbə

İtaliya klubu təmsilçimlə əlaqə saxlayıb - Qarabağ'ın legioneri


  • Transfer
  • 12:40 30.08.2021
  • Oxunma sayı: 164
İtaliya klubu təmsilçimlə əlaqə saxlayıb - Qarabağ'ın legioneri

"Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki mənə dünən məlumat verilib".

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın "Salernitana" klubunun onunla maraqlandığına dair xəbərə münasibət bildirərkən deyib.

28 yaşlı müdafiəçi təmsilçisi ilə A Seriyası klubunun nümayəndələrinin əlaqə saxladığını bildirib.

Kolumbiyalı futbolçu, "real təklif olsa, getməyi düşünərsinizmi" sualına belə cavab verib: "Həmişə təkliflərə qulaq asmalıyıq. Amma mən hazırda "Qarabağ"da çox xoşbəxtəm".

Qeyd edək ki, Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında keçib. Onun "köhlən atlar"la müqaviləsi 2022-ci ildə başa çatmalıdır. "Salernitana" cari mövsüm A Seriyasında keçirdiyi hər iki matçda məğlub olub.(report)







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici