17 dekabr 2025. Çərşənbə

Millimizin sabiq hücumçusu: İnanmayanlar məni daha güclü edir


  • Transfer
  • 16:54 30.08.2021
  • Oxunma sayı: 167
Millimizin sabiq hücumçusu: İnanmayanlar məni daha güclü edir
Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Qurbanov Belarusun “Slaviya” (Mozır) klubuna keçidi ilə bağlı fikirlərini bildirib. Corner.az xəbər verir ki, 29 yaşlı hücumçu, “instagram” hesabında etdiyi paylaşımda bunları yazıb:
 
“Rəsmi olaraq “Slaviya”nın oyunçusuyam. Əlimdən gələn hər şeyi edəcəm. Mənə inananlara təşəkkür edirəm. İnanmayanlar məni daha güclü edir”.
 
Qurbanov geridə qalan mövsümü “Zirə”də keçirib. O, daha öncə “Keşlə”, “Səbail”, “Qəbələ”, “Sumqayıt” və “Neftçi”də də forma geyinib. Futbolun sirlərinə “Dinamo” (Stavropol) və “Rostov” klublarında yiyələnmiş Qurbanov, sonralar “Nika”, “Taqanroq” və “Hayduk” (Split) kimi komandalarda da çıxış edib. Azərbaycan millisində 26 matça çıxmış forvard, cəmi 1 qolla yadda qalıb.






Transfer