4 oktyabr 2026. Bazar günü

Bavariya yeni transferini açıqladı


  • Transfer
  • 21:18 30.08.2021
  • Oxunma sayı: 218
Bavariya yeni transferini açıqladı

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitseri transfer edib.

Avstriyalı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 27 yaşlı oyunçu yeni komandasında 18 nömrəli forma ilə çıxış edəcək. "Bavariya" bu transfer üçün qarşı tərəfə 16 milyon avro ödəyəcək.


Qeyd edək ki, ötən mövsüm "Leyptsiq"in heyətində 39 oyun keçirən Zabitser 9 qol vurub və 7 məhsuldar ötürmə verib.







Transfer