Türkiyə çempionu “Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Havr” klubundan Türkiyə millisinin də üzvü olan Umut Meraşı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı sol cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.
"Qara qartallar” bu keçidə görə Fransa klubuna 1.5 milyon avro ödəyib.
Türkiyə millisində 14 oyun keçirmiş Umut, “Boluspor”un yetirməsidir. O, 2018/19 mövsümünü “Bursaspor”da keçirdikdən sonra məhz bu klubdan “Havr”a transfer olunmuşdu.