İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Denni Drinkuoteri yenidən icarəyə verib. Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu 2021/22 mövsümünün sonuna qədər “Ridinq”in uğurları üçün çalışacaq. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
“Zadəganlar” Drinkuoteri 2017-ci ildə “Lester Siti”dən 40 milyon avroya transfer etmişdi. O, əvvəlki mövsümlərdə də “Bernli”, “Aston Villa” və “Kasımpaşa” kimi klublara icarəyə verilib.