17 dekabr 2025. Çərşənbə

Çelsi'nin futbolçusu rəsmən Milan'da


  • Transfer
  • 09:34 31.08.2021
  • Oxunma sayı: 157
Çelsi'nin futbolçusu rəsmən Milan'da
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Tyemua Bakayokonu heyətinə qatıb.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu satınalma şərti ilə iki illik icarəyə götürülüb.
 
Bakayoko 2017-ci ildən “Çelsi”də çıxış edir. London klubunun futbolçusu 2018/19 mövsümündə də  icarə əsasında Milan'ın uğurları üçün çalışmışdı. Fransalı futbolçu  “Monako” və “Napoli”də də icarədə olub.






Transfer