4 oktyabr 2026. Bazar günü

Villian Arsenal'dan ayrıldı


  • Transfer
  • 11:15 31.08.2021
  • Oxunma sayı: 154
Villian Arsenal'dan ayrıldı

İngiltərənin “Arsenal” klubu futbolçusu Villianla yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Villian ölkəsinin “Korintians” klubu ilə razılaşıb.

2020-ci ilin avqustundan “Arsenal”da çıxış edən braziliyalı futbolçu London təmsilçisi ilə 37 oyuna çıxıb.







Transfer