3 may 2026. Bazar günü

Kriştiano Ronaldonun transfer məbləği açıqlandı


  • Transfer
  • 11:25 31.08.2021
  • Oxunma sayı: 166
Kriştiano Ronaldonun transfer məbləği açıqlandı

 "Yuventus"dan "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonun transferinin maliyyə detalları açıqlanıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib.

Məbləğ 5 il ərzində ödəniləcək. Bundan əlavə, "qırmızı şeytanlar" Ronaldonun performansına görə əlavə 8 milyon avro bonus  ödəyəcək.

Təcrübəli forvard "Yuventus"a 2018-ci ildə "Real Madrid"dən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qol vurub.







Transfer