3 iyul 2026. Cümə

Qalatasaray'ın hücumçusu Fransa klubunda


  • Transfer
  • 17:47 31.08.2021
  • Oxunma sayı: 171
Qalatasaray'ın hücumçusu Fransa klubunda

"Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd karyerasını Fransada davam etdirəcək.

Corner.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı hücumçunun keçidi üçün "Bordo" ilə razılıq əldə edib.

Müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus ola Mustafa Məhəmməd ilin sonunadək "sarı-qırmızılar"da çıxış etməli idi. Misirli futbolçunun icarə müddətinin digər hissəsini "Bordo"da keçirəcək.

Qeyd edək ki, afrikalı oyunçu "Qalatasaray"a bu ilin fevralında keçib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır