3 iyul 2026. Cümə

Qalatasaray Falkao ilə yollarını ayırdı


  • Transfer
  • 10:06 01.09.2021
  • Oxunma sayı: 163
Qalatasaray Falkao ilə yollarını ayırdı

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Radamel Falkao ilə yollarını ayırıb.

Corner.az  klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Kolumbiyalı futbolçunun İspaniyanın "Rayo Valyekano" klubu ilə anlaşdığı vurğulanıb.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayır. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır