17 dekabr 2025. Çərşənbə

Atletiko'dan Çelsi'yə


  • Transfer
  • 10:25 01.09.2021
  • Oxunma sayı: 172
Atletiko'dan Çelsi'yə

İngiltərənin "Çelsi" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  London klubu "Atletiko Madrid"dən Saul Niges bir illik icarəyə götürüb.

"Zadəganlar" mövsümün sonunda 27 yaşlı yarımmüdafiəçini 30 milyon funt sterlinq ödəyərək transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Saul Niges ötən mövsüm "Atletiko"da 41 oyun keçirib və 2 qol vurub.







Transfer