3 iyul 2026. Cümə

Qarabağ'ın rəqibindən 3 transfer


  • Transfer
  • 11:18 01.09.2021
  • Oxunma sayı: 173
Qarabağ'ın rəqibindən 3 transfer

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bazel” heyətini yeni oyunçularla gücləndirib.

Corner.az xəbər verir ki, bu barədə İsveçrə klubunun rəsmi saytı məlumat yayıb.

“Sportinq”in yarımmüdafiəçisi Jelson Fernandes “Bazel”də icarə əsasında çıxış edəcək. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Portuqaliyanın digər klubu “Benfika”nın müdafiəçisi Tomas Tavares də transfer edilib. 20 yaşlı portuqaliyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Bundan başqa, Fransanın “Nitsa” klubunun futbolçusu Dan Ndoye də "Bazel"də çıxış edəcək. 20 yaşlı isveçrəli hücumçu isə 1 illik icarəyə götürülb.

Qeyd edək ki, “Bazel”lə “Qarabağ”ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır