15 mart 2025. Şənbə

Tottenhem'dən 25 milyon sterlinqli transfer


  • Transfer
  • 11:25 01.09.2021
  • Oxunma sayı: 144
Tottenhem'dən 25 milyon sterlinqli transfer

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Barselona” klubundan Emerson Royalı transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda, 22 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu, yeni komandasında 12 nömrəli formanı geyinəcək.

“Tottenhem” bu transferə görə 25 milyon funt-sterlinq ödəyib. Britaniya mətbuatı isə futbolçunun özünün ilinə 3 milyon avro qazanacağını yazıb..

Emerson Royal 2019-cu ildə “Atletiko Mineyro” komandasından “Barselona”ya transfer olunmuşdu. Daha öncə “Ponte Preta”da da çıxış etmiş müdafiəçi, Kataloniya təmsilçisində heç bir rəsmi matça çıxmadan “Betis”ə icarəyə verilmişdi. Bu komandada üç mövsüm ərzində 79 matça çıxan Emerson, 5 qol da vurub. Bu yay yenidən “Barselona”ya dönən müdafiəçi, nəhayət bu komandada 3 La Liqa matçının iştirakçısı olub.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici